Nadir and-aman etdi: “Ona bir qəpik də xərcləməmişəm”
Bizi izləyin

Tabloid.az

Nadir and-aman etdi: “Ona bir qəpik də xərcləməmişəm”

Axır vaxtlar klassik və retro musiqilərinə müraciət edən müğənni Nadir Qafarzadə son illər yazılan mahnılardan giley-güzar edib. Dediyinə görə, bəzi səbəblər üzündən pul verib mahnı almır.

Publika.az-ın məlumatına görə, müğənni son illər retro mahnılara müraciət etməsinin səbəbini açıqlayıb: “Son illər yazılan mahnıların duzu yoxdur. Buna görə də pul verib yeni mahnı almıram. Zamanında bir mahnıya 3-4 min manat da vermişəm. Amma baxıb görürəm ki, bundansa, köhnə musiqilərimizə müraciət edim. “Maral”a bir qəpik də xərcləməmişəm, amma görün musiqi necə tutdu. O mahnı mənə nə qədər pul qazandırdı. Əsas odur ki, mahnının duzu olsun, sevilsin, tutsun”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm