Aygün Kazımova prezidentə müraciət edib
Bizi izləyin

Tabloid.az

Aygün Kazımova prezidentə müraciət edib

Aygün Kazımova prezidentə müraciət edib

Bir qrup ictimai-siyasi xadim, onların sırasında xalq artisti Aygün Kazımova Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciət ediblər. Publika.Az bildirir ki, bu barədə xalq artisti İnstaqram səhifəsində yazıb. Müraciət edənlər 30 İyunun “Sevgililər günü” kimi rəsmiləşdirilməsini istəyiblər.

Xatırladaq ki, 30 iyun xalqımızın tarixində istiqlal və azadlıq uğrunda mübarizənin ən uca zirvəsi olan “20 Yanvar” şəhidləri İlham və Fərizənin evləndikləri gündür.

Müraciəti imzalayan şəxslər bunlardır:

Millət vəkili Qənirə Paşayeva, xalq şairi Nəriman Həsənzadə, xalq yazıçısı Çingiz Abdullayev, xalq şairi Zəlimxan Yaqub, xalq artisti Arif Babayev və başqaları.

Elvin Elxan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm