• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Çağla Şikelə danışmaq qadağası – FOTOLAR

Çağla Şikelə danışmaq qadağası – FOTOLAR

Müğənni Emre Altuğla boşanması barədə mətbuata açıqlama verən aktrisa-model və teleaparıcı Çağla Şikel yenidən diqqət mərkəzinə düşüb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Şikel bu açıqlamadan sonra dünən ilk dəfə kamera qarşısına çıxıb. Aktrisa-model Alişanla birgə apardığı ”Hər şey daxil” proqramının çəkilişindən sonra jurnalistlər ona boşanması barədə sual veriblər. Amma o, suallara cavab verməkdən imtina edib:

“İndi danışa bilmərəm. Bilirsiniz ki, danışmaq qadağası var. Ancaq zamanı gəlincə, hər şeyi açıqlayacağam”.

Ancaq maraqlıdır ki, veriliş ərzində Ç.Şikelin barmağında evlilik üzüyü olub.

Qeyd edək ki, Emre Altuğla Çağla Şikel 2008-ci ildən rəsmi nikaha daxil olublar.

İntiqam VALEHOĞLU

Xəbər lenti

DAHA ÇOX XƏBƏR