"Qanlı Yanvar" filmi – İLK GÖRÜNTÜLƏR
Bizi izləyin

Tabloid.az

"Qanlı Yanvar" filmi – İLK GÖRÜNTÜLƏR

Rejissor, ssenarist Vahid Mustafayevin 1990-cı ildə baş vermiş 20 yanvar faciəsi barədə çəkdiyi "Qanlı yanvar" filmi artıq hazırdır.

Publika.az-ın “ANS PRESS”ə istinadən məlumatına görə, filmin ilk anonsu təqdim edilib.


Tarixi əhəmiyyətli "Qanlı Yanvar" filminin əsas süjet xəttində real hadisələr lentə alınıb. Bir neçə baş rol qəhrəmanının timsalında bütöv bir xalqın susadığı müstəqillik ruhu uğrunda mübarizə canlandırılıb.


Filmdə beynəlxalq aktyor heyəti yer alır. Amerikalı aktyor, "Santa Barbara" serialından tanınan Leyn Devies amerikalı jurnalist "Viktor" rolunu, tanınmış türk aktrisası, "Muhteşem yüz yıl" serialından tanınan Nebahat Çehrə isə iki oğul anası rolunu canlandırır. Rusiyalı aktyor Balıyev isə Rusiyadan gəlmiş yüksək rütbəli məmuru canlandırır.


Filmin ilk təqdimatının yanvarın 19-da keçirilməsi nəzərdə tutulur. Bədii filmdə Bakının 1990-cı ildə yaşadığı iki gecəni - yanvarın 19-dan 20-ə keçən və yanvarın 20-dən 21-ə keçən gecələri təsvir edilib. Filmdə Azərbaycan inqilabçıları şəhərə girmiş işğalçı qoşunlara qarşı döyüşür, onlardan qisas almaq üçün mübarizə aparırlar.


Film "Bakı film", ANS Şirkətlər Qrupu və Çingiz Mustafayev Fondunun vəsaiti hesabına çəkilir. Filmə dövlətin dəstəyi də böyükdür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm