Sevgilisinə üzük, ətir, “sendviç”, gül alan şou əhli – SORĞU
Bizi izləyin

Tabloid.az

Sevgilisinə üzük, ətir, “sendviç”, gül alan şou əhli – SORĞU

Sevgilisinə üzük, ətir, “sendviç”, gül alan şou əhli – SORĞU

Bu gün “Sevgililər günü” kimi qeyd olunur. Bəziləri bu günü qeyd edir, bəziləri isə bunu qeyd etməyin mənasız olduğunu deyir. Şou əhli sırasında “Sevgililər günü”nü qeyd edənlərə də rast gəlmək mümkündür. Sevgilisinin olmadığını deyənlər də var.

Ancaq biz şou nümayəndələrinə - Bu özəl gündə sevgilinizə nə hədiyyə almısınız?”- sualını verdik:

Xalq artisti Aygün Kazımova: “14 Fevral mənim üçün “Sevgililər günü” deyil. Mən bu günü qəbul etmirəm. 30 İyun İlham və Fərizənin evləndiyi gün mənim üçün “Sevgililər günü”dür.

Xalq artisti Faiq Ağayev: “ Hal-hazırda təkəm. Bilmək olmaz, bəlkə elə indi vuruldum?”

Əməkdar artist Aybəniz Haşımova: “Həyatımın ən böyük sevgisi qızımdı. Onun timsalında bütün sevdiklərimi sevgililər günü münasibəti ilə təbrik edirəm. Sevginiz tükənməsin”.

Teleaparıcı Zaur Baxşəliyev: “ Üzük hədiyyə etmişəm. Nə yaxşı ki, o mənim həyatımdadır”.

Caz ifaçısı Emma Ələkbərzadə : “Bu bir sirr olaraq qalsın”.

Müğənni Aysel Əlizadə: “Sevgilim yoxdur, təəssüflər ki, bu günü tək keçirəcəm. Amma hələ bilmək olmaz. Prodüserim Ləmanla dənizkənarında oturub, ağlayacağıq”.

Prodüser Tolik: “Sendviç alacam”.

Stilist Anar Ağakişiyev: “ Şəxsi həyatımda heç kəs yoxdur. Nə mən kimisə, nə də kimsə məni təbrik edəcək”.

Müğənni Ceyla: “Sevgilim yoxdur”.

Müğənni Yaşar Yusub: “Qardaş, mən ailəli adamam. Yoldaşım var, sevgilim yox. Yəqin sevdiyi ətri və gül alacam ona”.

Teleaparıcı Seva Camalova: “Depressiyadayam, sevgilim yoxdur, olsa hədiyyə alardım”.

Rəqqasə Aytən: “Mən bahalı hədiyyə gözləyirəm. Özüm isə ətir almışam. 300 manatdan yuxarı hədiyyə almaram”.

Elvin Elxan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm