Tabloid.az
Məhəmməd Peyğəmbər haqqında filmin çəkilişləri başa çatıb
İran İslam Respublikasının istehsalı olan “Məhəmməd Allahın Rəsuludur” filminin rejissoru Məcid Məcidi Tehranda keçirdiyi mətbuat konfransında maraqlı açıqlamalar verib.
Tanınmış rejissor çəkilişin başa çatdığını bildirib və qeyd edib ki, filmdə Məhəmməd Peyğəmbərin üzü göstərilməyəcək. “Peyğəmbərin surəti yoxdur” deyə sözlərinə davam edən M.Məcidi qeyd edib ki, filmin ərsəyə gəlməsində şiə və sünni din alimlərinin böyük rolu olub. Onlar Peyğəmbərin həyatı və fəaliyyəti haqqında dəyərli məlumatlar veriblər.
Məhəmməd Peyğəmbər haqqında cəmi 40 filmin çəkildiyini bildirən M.Məcidi onların bir çoxunun zəif olduğunu diqqətə çatdırıb. Rejissor müasir dövrdə İslam dininin və onun Peyğəmbərinin daha geniş şəkildə və düzgün təbliğ olunmasının vacibliyini qeyd edib.
Xatırladaq ki, bu filmin çəkilişləri dövründə İran mətbuatında Məhəmməd Peyğəmbərin surətinin göstəriləcəyi barədə məlumatlar yayılmışdı. İranın və başqa müsəlman ölkələrinin din xadimləri filmdə Peyğəmbərin surətinin göstərilməsinin əleyhinə olmuş və rejissoru tənqid etmişdilər.
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək