Məşhur türk rejissoru filmlərimizi bəyənmədi – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Məşhur türk rejissoru filmlərimizi bəyənmədi – FOTOLAR

Türkiyənin tanınmış rejissoru “Adını Feriha koydum”, “Umutsuz ev kadınları”, “Bir aşk hikayesi”, “Aşk”, “Hanımın çiftliği”, “Doktorlar” “Güllerin savaşı” kimi reytinq rekordlarına imza atan seriallarin, eləcə də “Neşeli hayat”, “Beyaz melek”, “Memleket meselesi” kimi filmlərin quruluşçu rejissoru Engin Öztürk Bakıda qonaq olub.

Publika.az-ın məlumatına görə, E. Öztürk mart ayından başlayaraq Bakıda gənc aktyor və rejissorlara televiziya və seriallar mövzusunda seminarlar keçəcək. Seminarlarla yanaşı, Türkiyənin məşhur aktyorları ilə görüşlər olacaq. Həmin məşhurlar sırasında indiyədək türk seriallarından tanıdığınız simalar da olacaq.

İki gün Bakıda qonaq olan E. Öztürk hava limanından birbaşa Şəhidlər Xiyabanını və Türk Şəhidlərinin Xatirə Abidəsini ziyarət etməyə yollanıb. Türkiyəli rejissor Azərbaycanla ortaq serial və filmlər çəkəcəyini bildirib: “Türkiyə Amerikadan sonra film sahəsində 2-ci yerdədir. Təəssüf ki, Azərbaycan bu baxımdan zəifdir. Bunun səbəbi isə yanlış ssenarilərdədir. İlk növbədə, bir sevgi hekayətindən bəhs edən ortaq film çəkmək istəyirəm. Bunun üçün Azərbaycanda güclü ssenarist axtarışındayam”.

E. Öztürk hazırda Türkiyədə reytinq sıralamasında ilk yerləri tutan “Güllərin savaşı” serialı haqqında da danışdı. Rejissor serialda sürpriz olacağını da vurğuladı.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm