Tabloid.az
“Günaydın”ın yeni aparıcısı: “Hələ pul məsələsini danışmamışıq” – AÇIQLAMA
“Günaydın” verilişi yeni aparıcısı, əməkdar artist Mehriban Xanlarova Publika.az-a danışıb. Aktrisa bildirib ki, bu gün onun aparıcılığı ilə verilişin yeni buraxılışı çəkiləcək:
“Təklif rəhbərlikdən gəldi, mən də qəbul etdim. İlk çəkilişimiz bu
gün olacaq. Mövzu belədir ki, qadınlar tez məşhurlaşır, yoxsa
kişilər? İnanıram ki, maraqlı söhbət alınacaq”.
Əməkdaşımızın “bu veriliş son zamanlar yetərincə qalmaqallı idi. Bundan narahat deyilsiniz ki” sualına aktrisa belə cavab verib:
“Mən yazıq hara gedirəmsə, qalmaqal var. Amma nə qədər olmasa, məsuliyyət daşıyıram. Obrazımı oynayanda da məsuliyyət daşıyıram, digər işlərdə də. Yəqin ki, inamları doğruldacam”.
Mehriban Xanlarova bildirib ki, hələlik rəhbərliklə maliyyə məsələləri barədə danışmayıb:
“Pul məsələsini, hələ ki danışmamışıq. Əsas odur ki, işə yaxşı başlayım. Maddiyyat hər zaman danışıla bilər”.
Qeyd edək ki, verilişin keçmiş aparıcısı Vüsalə Kərimova dünən “Günaydın”dan getdiyini açıqlayıb.
İntiqam VALEHOĞLU
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı