Ən cavan Leyli və Məcnun
Bizi izləyin

Tabloid.az

Ən cavan Leyli və Məcnun

2005-ci ildə “Muğam” televiziya müsabiqəsinin laureatları olan xanəndə Arzu Əliyeva ilə Elnur Zeynalov Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində ilk dəfə olaraq “Leyli və Məcnun” orerasında çıxış edəcəklər.


Bu barədə Publika.az-a Elnur Zeynalov məlumat verib. Librettosu dahi Üzeyir Hacıbəyliyə məxsus olan üçpərdəli operanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Hafiz Quliyevdir.


Səhnəyə qoyulmasından 107 il ötən operanın quruluşçu rəssamı Rafiz İsmayılov, xormeysteri Səvzixan Sərdarov, baletmeysteri əməkdar incəsənət xadimi Yulana Əlikişizadədir. Əməkdar artist İsmayıl Ələkbərovun idarə edəcəyi tamaşada Nofəl obrazını Cahangir Qurbanov,
İbn-Salamı əməkdar artist Təyyar Bayramov, Leylinin anasını Aytən Məhərrəmova, Leylinin atasını əməkdar artist Nizami Bağırov canlandıracaq.


Tamaşanın dirijoru əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.


Qeyd edək ki, Arzu və Elnur həm də teatrının solistləri kimi fəaliyyət göstərirlər.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm