Dünyanı heyran qoyan həmyerlimizdən xəbər var
Bizi izləyin

Tabloid.az

Dünyanı heyran qoyan həmyerlimizdən xəbər var

“Google” axtarış şəbəkəsində iki gün ərzində ən çox axtarılan qısametrajlı film həmyerlimiz Tərlan Haqverdizadəyə məxsusdur.

Kult.az-ın məlumatına görə, “Soyuq həyat” adlı qısametrajlı filmin mövzusu gündəlik həyatımızdan bəhs edir. Hər Yeni il bayramı ərəfəsində parklarda Şaxta babaların uşaqları əyləndirərək çörək pulu qazandığını görürük. Lakin bu filmdə isə işsiz-gücsüz varlı həyat yaşayan gənclərin lağ hədəfi olan Şaxta baba digərlərindən fərqlənir. Onu ələ salan gənclər daha sonra şəkil çəkdirib pul vermək istəyirlər. Amma Şaxta baba pulu almaqdan imtina edərək parkdakı iş yerinə – bəzəkli yolkaların yanına gəlir. Az sonra iş günü bitir və tamaşaçı çiyinləri əyilmiş, soyuqdan donmuş Şaxta babanı kədər içində evə gedən görür. Evdə isə onu çox ağır bir xəstə gözləyir. Filmin sonunda isə məlum olur ki, xəstə olan doğması üçün səhərdən axşama kimi soyuq, şaxta demədən yolkanın ətrafında uşaqlarla şəki çəkdirib ocağına dərman pulu aparan Şaxta baba, əslində, gənc bir qızdır. “HM” studiyası tərəfindən təqdim olunan filmin ssenari müəllifi Gəray Məmmədov, quruluşçu rejissor isə Tərlan Haqverdizadədir. Qeyd edək ki, “Soyuq həyat” T.Haqverdizadənin ilk müstəqil ekran işidir.

İstedadlı həmyerlimiz ötən il Türkiyədə “Meyfilm” studiyasının açıq dərslərinə qatılaraq rejissorluq sənətinə yiyələnib. Bundan başqa, o, qardaş ölkədə bir neçə qısametrajlı filmdə səs operatoru kimi çalışıb. Sonuncu çalışdığı film isə “Beni de yanına al anne” adlı ekran əsəridir. Ötən ilin sonlarında Bakıya dönən T.Haqverdizadə Azərbaycan Respublikası Prezidenti yanında Gəncliyə Dəstək Fondunun maliyyə dəstəyi ilə reallaşan “Mən qadınam” layihəsində və “Mənim hekayəm” filmində operator işini yüksək ustalıqla yerinə yetirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm