Nazir müavini xalq artistinə görə iclas keçirdi
Bizi izləyin

Tabloid.az

Nazir müavini xalq artistinə görə iclas keçirdi

Fevralın 4-də Xalq artisti, Azərbaycanın Rusiyada fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun 70 yaşı tamam olur.

Publika.az-ın məlumatına görə, bəstəkarın 70 illiyi ilə əlaqədar keçiriləcək tədbirlərə hazırlıqla bağlı Mədəniyyət və Turizm Nazirliyində iclas keçirilib. Nazir müavini Ədalət Vəliyevin rəhbərlik etdiyi tədbirdə nazirliyin məsul əməkdaşları, mədəniyyət müəssisələrinin rəhbərləri iştirak edib.

Bildirilib ki, yubiley tədbirləri il ərzində Bakıda, Moskvada, Türkiyədə, Gürcüstanda və Rusiyanın bir sıra digər şəhərlərində qeyd ediləcək. Yubileylə əlaqədar fevralın 3-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Eşq və Ölüm” baletinin yeni quruluşda premyerası olacaq. Fevralın 4-də isə Heydər Əliyev Sarayında təntənəli yubiley mərasiminin təşkili nəzərdə tutulur.

İclasda yubiley tədbirlərinə hazırlıq işlərinin yüksək səviyyədə aparılması üçün müvafiq tapşırıqlar verilib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm