Əli Mirəliyev: “Həyatımda 109 qadın olub, əlimdə siyahı var”
Bizi izləyin

Tabloid.az

Əli Mirəliyev: “Həyatımda 109 qadın olub, əlimdə siyahı var”

Müğənni Əli Mirəliyev maraqlı açıqlamaları ilə hər kəsi təəccübləndirib.

Publika.az-ın məlumatına görə, müğənni “Space”-in “Oturduğumuz yerdə” verilişində şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib.

Həyatında olan qadınların sayı-hesabı olmadığını deyən sənətçi hətta əlində siyahı da olduğunu bildirib: “Bir kişinin həyatında saysız-hesabsız qadınlar ola bilər. Mənim də həyatımda 109 qadın olub, əlimdə siyahı da var. Hələ bunlar yadımda qalanlardır, unutduqlarımı saymıram. Ona görə çəkinmədən deyirəm ki, bir kişi 50 arvad ala bilər”.

Əli Mirəliyevin sözlərinə görə, o, qadınların dalınca deyil, qadınlar onun arxasınca düşüb: “Qadınlar mərd kişiləri sevir, əzilib-büzülən kişilərdən zəhlələri gedir. Onlar hər zaman məni seviblər, dalımca düşüblər. Mən neyləməliydim ki?”

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm