Tabloid.az
Azərbaycanlı “Qayınana” Özbəkistanı bir-birinə vurdu – FOTOLAR
Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Özbəkistanın uchildiz.uz portalında "Жаҳон кино хазинасидан: Qaynona (Свекровь)" adlı məqalə dərc olunub.
Publika.az-ın məlumatına görə, məqalədə Azərbaycan
kinematoqrafçıları tərəfindən çəkilən Özbəkistanda da məşhur olan
“Qaynana” filminin baş rol ifaçısı Nəsibə Zeynalovanın həyat və
yaradıcılığı haqqında məlumat verilib, Cənnət rolunun aktrisanın
vizit kartı olduğu qeyd olunub.
Müəllif yazır ki, Nəsibə Zeynalova 22 filmdə, 70 teatr tamaşasında müxtəlif rollarda oynayıb və maraqlı obrazlar yaradıb. Aktrisanın yaratdığı rollar - Cənnət xala, Suğra, Fatmanisə və başqaları bu gün də Azərbaycanda və digər ölkələrdə sevilir, maraqla baxılır. Daha sonra “Qaynana” filmi haqqında ətraflı məlumat verilir.
Filmin özbək dilinə dublyaj edildiyini və Özbəkistanda olduqca məşhur olduğunu vurğulayan müəllif özbək telekanallarında filmin tez-tez nümayiş etdirildiyini yazır. Sonda qeyd edilir ki, Özbəkistanın tanınmış müğənnisi Şahzoda “Qaynana” filmindən fraqmentlərdən istifadə edərək, yeni klip çəkdirib və onu ictimaiyyətə təqdim edib.
Cəvahir
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO