Mətanət Əsədova keçmiş əri ilə bağlı gizlinləri açdı - Foto
Bizi izləyin

Tabloid.az

Mətanət Əsədova keçmiş əri ilə bağlı gizlinləri açdı - Foto

"Çox yaraşıqlı idi".

Mətənat Əsədova əri ilə boşanmasının səbəblərindən danışıb. Publika.az-ın məlumatına görə, müğənni “Etiraf” proqramında şəxsi həyatından danışaraq, heç yerdə etmədiyi etirafları edib: ”Həyat yoldaşım məndən yaşca çox kiçik idi. Biz təsadüfən mağazada tanış olduq. Dayım qızı ilə marketə getmişdik, orda gördüm bir oğlan mənə baxır. Çox yaraşıqlı idi. Evə qayıtdıq, telefonumda problem vardı, dayım qızı onu mağazaya aparanda təsadüfən həmin oğlan telefonumu düzəldib.

Elə orda da nömrəmi götürüb. Sonra başladı mənə zəng etməyə, çox qısa vaxtda evləndik. Amma bir gün o mənə dedi ki, gözəlim, sən məndən böyük olduğunu bilirdin, niyə mənə ərə gəldin. İçimdəki balaca Mətanəti param-parça etdi. Ayrıldıq. Amma indi də onunla dostluq münasibətimiz var”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm