• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Başına tük əkdirən sənət əhli – SİYAHI

Başına tük əkdirən sənət əhli – SİYAHI

A telli-telli oğlan,

Ay şirin dilli oğlan,

Anam sənə qız verməz,

Get ayrı dolan, oğlan…

Bəziləri bunu xarizma əlaməti saysalar da, keçəllik zaman-zaman eybəcərlik nişanəsi kimi qəbul olunub. Saçları tökülən və keçəlləşmək təhlükəsi ilə üz-üzə qalan kişilər hətta buna görə depressiyaya da düşürlər. Düzdür, əvvəllər keçəlliyin çarəsi tapılmırdı, amma indi təbabətin canı sağ olsun. Pulunu ver, saç əkdir. Hərgah bu iş o qədər də ucuz başa gəlmir, amma gözəllik naminə pul xərcləməyə dəyər. Necə deyərlər, “könlü balıq istəyənin quyruğu suda gərək”. Son vaxtlar səhnə adamları bu vasitədən daha çox yararlanırlar. İmkanı çox olan Türkiyədə, olmayan da elə Bakıda başlarına tük əkdirib, özlərinə güvən hissini artırır. Söz yox ki, onları qınayan həmkarları da az deyil. “Kişi başına tük əkdirməz” kimi ifadələrlə tez-tez efirə çıxıb belələrini topa-tüfəngə tuturlar. Saçına tük əkdirən kişilərin də öz arqumentləri olur: “Səhnə adamıyıq və özümüzə fikir verməliyik. Sevənlərimiz bizi həmişə formada, yaraşıqlı görməlidir”.

Bu da saç əkdirən sənət əhli, Publika.az onların siyahısını təqdim edir:

Müğənni Səyyad Əlizadə

Prodüser Ataş

Xanəndə Mənsum İbrahimov

Tarzən Elçin Həşimov

Aparıcı Azər İsmayılov

Aktyor Elnur Hüseynov

Stilist Samiraldo

Müğənni Nadir Qafarzadə

Müğənni Zakir Əliyev

Müğənni Vasif Məhərrəmli

Müğənni Elariz Məmmədoğlu

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu

Asya

Xəbər lenti

DAHA ÇOX XƏBƏR