Heydər Əliyev Mərkəzinin fotoları Britaniyada birinci oldu
Bizi izləyin

Tabloid.az

Heydər Əliyev Mərkəzinin fotoları Britaniyada birinci oldu

Heydər Əliyev Mərkəzinin fotoları “Memarlıq Fotoqrafiya Mükafatları 2014” müsabiqəsində birinciliyə layiq görülüb.


Publika.az-ın məlumatına görə, Britaniyanın “Archaid Image” təşkilatı və “STO” şirkətlər qrupu tərəfindən keçirilən müsabiqənin qalibi Sinqapurda Ümumdünya Memarlıq Festivalı çərçivəsində britaniyalı fotoqraflar Hufton və Crow cütlüyü elan edilib.


Məşhur fotoqraflar “interyer” nominasiyasına Heydər Əliyev Mərkəzinin möhtəşəm iç dizaynını çəkməklə birinciliyə layiq görülüblər. Fotoqraflar Heydər Əliyev Mərkəzinin gözoxşayan xarici görüntüsünü çəkməklə də festivalın “eksteryer” nominasiyasında qalib elan ediliblər.


Qalib fotolar arasında Birləşmiş Ərəb Əmirlikləri, İspaniya, Portuqaliya və başqa ölkələrdə çəkilmiş şəkillər də var.


Festivalda qalib olan fotolar 16 yanvar-28 fevral tarixlərində Londonda sərgilənəcək.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm