• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar filmlərin nümayişi başlandı

20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar filmlərin nümayişi başlandı

Nizami Kino Mərkəzi 20 Yanvar faciəsinin ildönümündə “Azərbaycanfilm”in nəzdində fəaliyyət göstərən “Salnamə” və “Yaddaş” sənədli filmlər studiyasının istehsalı olan hərbi vətənpərvərlik filmlərinin nümayişini həyata keçirir.

Publika.az-ın məlumatına görə, bu il də faciənin 25-ci ildönümü ilə əlaqədar Nizami Kino Mərkəzi nümayiş olunacaq filmlərin sırasına milli vətənpərvərlik ruhunda istehsal edilən yerli filmləri əlavə edib.

Bu məqsədlə yanvarın 15-də saat 16:00-da Bakı Ali Neft Məktəbinin tələbələri üçün Milli Qəhrəmanlar Gültəkin Əsgərovaya həsr edilən “Gültəkin” və Qorxmaz Eyvazova həsr edilən “Adına yaraşan oğul”, yanvarın 16-da saat 16:00-da 1 saylı uşaq evinin şagirdləri üçün Milli Qəhrəman Mübariz İbrahimova həsr edilən “Mübarizlik zirvəsi” və “Adına yaraşan oğul”, yanvarın 19-da saat 12:00 və 16:00-da isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları və Bakı Ali Neft Məktəbinin tələbələri üçün Milli Qəhrəman Nizami Məmmədova həsr edilən “Ömrümün şah zirvəsi”, "Gültəkin", "Mübarizlik zirvəsi" filmləri nümayiş olunacaq.
19 yanvar 2015-ci il tarixində saat 10.00-da, 11.00-da və 12.00-da isə “Vətən” kinoteatrının kollektivinin təşkilatçılığı ilə 1 nömrəli orta ümumtəhsil məktəbində məktəbin şagirdləri üçün Azərbaycanın Milli Qəhrəmanları Fazil Mehdiyev, Asif Məhərrəmov və Şirin Mirzəyevə həsr olunan “El təəssübü, vətən məhəbbəti”, “Haqqa söykənən həyat və Şirin Mirzəyev” sənədli filmləri nümayiş etdiriləcək.

Cəvahir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR