• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

20 Yanvar şəhidlərinin şəxsi əşyaları nümayiş olunacaq

20 Yanvar şəhidlərinin şəxsi əşyaları nümayiş olunacaq

Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş “Həyatın və ölümün dərsləri” adlı tədbir-sərginin açılışı olacaq.

Sərgidə muzeyin fonduna daxil olunmuş yeni eksponatlar - 20 Yanvar şəhidlərinin şəxsi əşyaları nümayiş olunacaq.

Tədbirdə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin dosenti, əməkdar artist Yaqubova Mahirənin rejissorluğu və həmin universitetin tələbələrinin iştirakı ilə hazırlanan 20 Yanvar faciəsinə həsr olunmuş kompozisiya nümayiş olunacaq, əməkdar artistlər Ağalar Bayramov və Teyyub Aslanın ifalarında şeirlər və muğam səslənəcək.

Eyni zamanda, tədbirdə 20 Yanvar faciəsinin şəhidlərinin ailə üzvləri, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin tələbələri, Milli Qvardiyanın əsgərləri, Sərhəd Qoşunlarının şəxsi heyəti, Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasının tələbələri və digər qonaqlar iştirak edəcəklər.

Tədbir 2015-ci il yanvarın 16-da saat 12.00-da, Azərbaycan Respublikası Prezident Administrasiyası rəhbərinin Sərəncamı ilə təsdiq olunmuş “20 Yanvar faciəsinin iyirmi beşinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na əsasən keçiriləcək.

Cəvahir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR