“Oskar” namizədlərinin adı açıqlandı
Bizi izləyin

Tabloid.az

“Oskar” namizədlərinin adı açıqlandı

Amerika Kino Akademiyası 24 kateqoriya üzrə “Oskar” namizədlərinin adını açıqlayıb. Publika.az xarici mətbuata istinadən məlumat verir ki, namizədlər arasında rejissor Cey Cey Abrams, Alfonso Kuaro, Kris Payn və Amerika kino akademiyasının prezidenti Şeril Bun-Ayzekin adı da var.

“Ən yaxşı film” kateqoriyası üzrə “Qrand Budapeşt Oteli”, “Berdmen”, “Amerika snayperi”, “Yeniyetməlik”, “İmitasiyalı oyun”, “Selma”, “Hər şey nəzəriyyəri”, “Mübtəlalıq” filmləri mübarizə aparır.

“Ən yaxşı rejissor” kateqoriyasında Alexandro Qonzalez İnyaritu (“Berdmen”), Riçard Linkleyter (“Yeniyetməlik”), Bennett Miller (“Tülkü ovçusu”), Ues Anderson (“Qrand Budapeşt Oteli”), Mortena Tilduma (“İmitasiyalı oyun”) yarışırlar.

“Ən yaxşı aktrisa” kateqoriyasında Marion Kotiyar, Felisiti Cons, Culiana Mur, Rozamund Payk və Riz Uizerspunun, “ən yaxşı aktyor” kateqoriyasında Stiv Karell, Bredli Kuper, Benedikt Kamberbetç, Maykl Kiton və Eddi Redmeynin adı keçir.

87-ci “Oskar” mükafatının təqdimatı fevralın 22-də baş tutacaq.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm