Hyuston Universitetinin nümayəndələri AMEA-da olub
Bizi izləyin

Tabloid.az

Hyuston Universitetinin nümayəndələri AMEA-da olub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Rəyasət Heyətində ABŞ-ın Hyuston Universitetinin rektoru və prezidenti Renu Xatur və rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə akademik A.Əlizadə Bakı və Hyuston arasında olan əlaqələrin tarixindən, hər iki ölkənin alimlərinin müxtəlif sahələrdə əməkdaşlıq və dostluq münasibətlərindən danışıb. Bildirib ki, bu əlaqələrin daha da genişləndirilməsi böyük əhəmiyyət kəsb edir.

Bakıda olduğundan məmnunluğunu ifadə edən xanım Renu Xatur görüşdə Hyuston Universiteti haqqında geniş məlumat verib, universitetin professor-müəllim heyətinin dünyaca tanınmış və təcrübəli elmi işçilər, onların bir çoxunun Nobel mükafatçıları olduğunu qeyd edib. Qonaq Hyuston Universitetində təhsil alan tələbələrin etnik tərkibinin müxtəlifliyinə görə ABŞ-ın ikinci ən böyük elm müəssisəsi olduğunu diqqətə çatdırıb.

Görüş zamanı tərəflər qarşılıqlı əməkdaşlığın qurulması, bu əməkdaşlıq çərçivəsində gənc alim və mütəxəssislərin mübadiləsi, müştərək innovativ tədqiqatların aparılması və digər məsələlər üzrə fəaliyyət göstərilməsində maraqlı olduğunu bildirib. Qeyd edilib ki, AMEA ilə Hyuston Universiteti arasında gələcəkdə qarşılıqlı təcrübə mübadiləsinin və birgə elmi tədqiqat işlərinin aparılması hər iki elmi müəssisənin fəaliyyətinin daha səmərəli təşkili istiqamətində böyük rol oynayacaq.

Görüşdə, həmçinin Azərbaycan elminin dünya elm və təhsil sistemlərinə inteqrasiyası məsələsi müzakirə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm