• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

İtkin düşən aktyordan xəbər var - FOTO

İtkin düşən aktyordan xəbər var - FOTO

İki gündür hər kəsin axtardığı “Küçük gelin” serialının baş rol ifaçısı Orhan Şimşekdən xəbər var.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyorun bu gecə İstanbuldakı evinə gəldiyi məlum olub. Mətbuat yazır ki, sonuncu dəfə atası ilə birgə getdiyi Yalova Çiftliköydən yoxa çıxmışdı. Üzərində telefon olmadığı üçün onunla əlaqə saxlamaq mümkün deyildi.

Qeyd edək ki, aktyorun anası Müyesser Şimşek oğlunun itkin düşməsi barədə bunları demişdi:

“Oğlum iki gündür itkin düşüb. Onun psixoloji problemləri var. Üç aydır dərmanlarını qəbul edə bilmirdi. Məsələni polis araşdırır. İnşallah, tezliklə tapılar”.

Qeyd edək ki, hələlik aktyorun itkin düşməyinin və onunla əlaqə saxlana bilinməməsinin digər səbəbləri araşdırılır.

İntiqam VALEHOĞLU

Xəbər lenti

DAHA ÇOX XƏBƏR