“Əsgərin şücaəti” davam edir
Bizi izləyin

Tabloid.az

“Əsgərin şücaəti” davam edir

Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında dövlət sifarişi ilə “Əsgərin şücaəti” adlı tammetrajlı bədii filmin istehsalı davam etdirilir.

Publika.az-ın məlumatına görə, əsas hissəsinin çəkilişləri Belarusun Brest, Minsk şəhərlərində və Vileyka qəsəbəsində aparılan film İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 70 illiyinə həsr olunub və filmin cari il mayın 9-da tamaşaçılara təqdim olunması nəzərdə tutulub.

Hazırda qış səhnələrinin çəkilişlərinə hazırlıq işləri aparılır.
Ekran əsərinin ssenari müəllifləri Yuri Vorobyov və Yavər Rzayev, rejissoru Elxan Cəfərov, quruluşçu operatoru Nadir Mehdiyev, prodüseri isə Müşfiq Hətəmovdur.

Baş rolu Pantomim Teatrının aktyoru Bəhruz Vaqifoğlunun canlandırdığı filmdə Almaniya və Rusiyanın tanınmış aktyorları rol alıblar.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm