Qlobal Forumun hazırlıqları Brüsseldə müzakirə ediləcək
Bizi izləyin

Tabloid.az

Qlobal Forumun hazırlıqları Brüsseldə müzakirə ediləcək

Aprel ayında Bakıda keçirilməsi nəzərdə tutulan III Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıq məqsədilə fevral ayında Brüsseldə IV Ali Səviyyəli toplantı keçiriləcək.

Publika.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkil edəcəyi toplantıda “Yeni dünya düzənində etimadın yaradılması" mövzusu müzakirə olunacaq.

Ali Səviyyəli toplantının işində Latviya, Serbiya, Bolqarıstan, Xorvatiya, Rumıniya, Albaniya, Ukrayna, Macarıstan, Hollandiyanın sabiq Prezident və Baş Nazirlərinin, o cümlədən İtaliya, Türkiyənin sabiq Xarici İşlər Nazirlərinin və bir sıra digər nüfuzlu liderlərin iştirakı nəzərdə tutulub.

Toplantıda hazırda dünya üçün təhlükəyə çevrilən terror, xüsusilə də Fransa və Nigeriyada törədilmiş terror hadisələri, münaqişələr və dünyanı narahat edən digər məsələlər müzakirə olunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm