Asenadan şəxsi AÇIQLAMA
Bizi izləyin

Tabloid.az

Asenadan şəxsi AÇIQLAMA

Məşhur oriental rəqqasə Asena maraqlı açıqlama verib.

Publika.az xəbər verir ki, “Kanaltürk”ün qonağı olan rəqqasə şəxsi həyatı barədə danışıb və bildirib ki, ailə qurmaqdan imtina etdiyi üçün sevgilisi ondan ayrılıb:

“Bəzi məşhur qadınlar bir adam tapdıqdan sonra hər şeydən əlini-ayağını kəsir, sonra da xoşbəxt olmurlar. Bu, mənə görə yanlış qərardır. Kiməsə görə peşəmdən uzaqlaşmaram. Ailə qurmaq istəmədiyim üçün məni buraxıb gedən sevgilim oldu”.

Asena bildirib ki, aşiq olandan sonra rəqs etməyə çətinlik çəkir:
“Vurulandan sonra oynaya bilmirəm. Çox çətin günlər keçirirəm”.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm