Hollivudun iki məşhur günüsü eyni mərasimdə - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Hollivudun iki məşhur günüsü eyni mərasimdə - FOTOLAR

“Oskar” mükafatının müjdəçisi hesab edilən Tənqidçilərin Seçimi mərasimində mükafat həyəcanıyla yanaşı, tam fərqli bir gərginlik yaşanıb.

Publika.az xəbər verir ki, məşhur Hollivud ulduzu Bred Pitin keçmiş həyat yoldaşı Cennifer Enistonla onunla evli ikən aşiq olduğu Ancelina Coli üz-üzə gəliblər. Altı ildən sonra qarşılaşan Coli və Enistonun mərasimdə iştirakı az qala seçimləri də kölgədə qoyub. Cennifer mərasimə nişanlısı Justin Theroux ilə, Anceliona isə tək qatılıb.

Təşkilat komitəsi iki məşhur xanımın münasibətlərinin gərgin olduğunu bildiyindən onların qarşılaşmaması üçün xüsusi hazırlıq görüb. Belə ki, hər iki ulduz elə yerlərdə əyləşdirilib ki, onlar ümumiyyətlə bir-birlərini görməyiblər.

Qeyd edək ki, gecədə ən yaxşı film mükafatı “Boyhood”a, ən yaxşı aktyor mükafatı “Birdman”daklı roluna görə Michael Keatona verilib. “Birdman”ı çəkən Richard Linklater isə ən yaxşı rejissor olub. Ən yaxşı aktrisa nominasiyası Still Alice və Julianne Mura qismət olub. Simmons ən yaxşı ikinci aktyor, Patricia ən yaxşı ikinci dərəcəli aktrisa mükafatına sahib çıxıblar.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm