“Hamının üstünə şığıyacam” - Xalq artisti- Foto
Bizi izləyin

Tabloid.az

“Hamının üstünə şığıyacam” - Xalq artisti- Foto

“Hamının üstünə şığıyacam”

Xalq artisti Flora Kərimova yenilikləri barədə danışıb. Müğənni Publika.az-a açıqlamasında 20-ə yaxın yeni mahnı üzərində çalışdığını bildirib:

“20 yeni mahnım var. Hər dəfə deyirəm ki, 10 gündən sonra bu mahnılar işıq üzü görəcək, amma bu dəfə dəqiqdir. Bu yeni mahnılarla hamının üstünə şığıyacam. (red: gülür)

Müğənni sosial şəbəkələrdən istifadə etməməsinin səbəbini də açıqlayıb: “Sosial şəbəkələrdə yoxam, kompüteri söndürüb - yandırmağı bacarıram. Sosial şəbəkədə özüm deyiləm. Ancaq mənimlə məsləhətləşib, mənim ürəyimdə olan sözləri yazırlar”.

Hər zaman zövqlü geyinən Flora xanım bunu belə izah edib: “Görünür, belə zövqlü görünməyimin əsas səbəbi zövqdür, özümə tələbkarlığımdır. Ümumiyyətlə, sənət adamları belə olmalıdır. Mənim ixtiyarım yoxdur ki, sevənlərimin göz zövqünü korlayım”.

Elvin Elxan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm