20 Yanvar faciəsi “Ümid körpüləri”ndə yad edildi - FOTOLAR + VİDEO
Bizi izləyin

Tabloid.az

20 Yanvar faciəsi “Ümid körpüləri”ndə yad edildi - FOTOLAR + VİDEO

Bəstəkar Sevinc Tofiqqızı 20 Yanvar faciəsinə kompozisiya həsr edib.

Publika.az-a açıqlama verən xanım bəstəkar qanlı 20 Yanvar gecəsinin şahidi olduğunu da bildirib: “Mən 20 Yanvar qanlı gecəsinin şahidi olmuşam. Bu musiqini bəstələməyi də özümə borc bildim. Dəhşətli faciədə həyatını itirən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm”.

Qeyd edək ki, bəstəkar “Ümid körpüləri” adlı musiqi kompozisiyasına videofilm də çəkdirib. Klipin rejissoru Əziz Orucov, aranjimançısı isə Osman Həmidovdur.

“Ümid körpüləri” adlı videofilmin təqdimatı İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin 20 Yanvar faciəsinə həsr etdiyi anım mərasimində təqdim olunub.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm