Elnarədən xəbərdarlıq: “Əlimə silah ala bilərəm” – FOTO +VİDEO
Bizi izləyin

Tabloid.az

Elnarədən xəbərdarlıq: “Əlimə silah ala bilərəm” – FOTO +VİDEO

Müğənni Elnarə Xəlilova yeni “Aman” mahnısını dinləyicilərin ixtiyarına verib.

Kompozisiyanın söz və musiqisi Günel Sərdarqızı, aranjimanı Yaşar Baxışa məxsusdur.

Elnarə “Aman”ı bu gün ad günü olan şəhid Fərid Əhmədov başda olmaqla bütün Azərbaycan şəhidlərinin ruhuna ithaf edir. Müğənni bu barədə Publika.az-a danışıb: “Hamımızın ürəyində bir nisgil var. Hamı kimi, mən də Vətənimizin işğal olunmuş torpaqlarına qovuşmaq ümidi ilə yaşayıram. Bizim əlimizdən gələn təbliğat, vətənpərvərlik ruhunun aşılanmasıdır. Hərbçi olsaydım, əlimə silah alardım. Biz yaradıcı insanların da silahı yaradıcı işlərimizdir. Bu da mənim ideoloji müharibəmdir. Mən də bu cür müharibə aparıram. Ehtiyac yaranarsa, əlimə silah da ala bilərəm”.

Xanım müğənni əlavə edib ki, yaxın zamanlarda mahnıya klip də çəkiləcək.

“Aman”ı müğənninin həyat yoldaşı Rövşən Cahangirov ekranlaşdıracaq. Elnarə klipi Şuşanın işğalı günü ərəfəsində təqdim etməyi planlaşdırır.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm