• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Kann festivalının jürisi bəlli oldu – Adlar

Kann festivalının jürisi bəlli oldu – Adlar

Kann Film Festivalı münsiflər heyətinə başçılıq edəcək adamların adları məlum olub.

Axar.az xəbər verir ki, festivalın təşkilatçıları bu ilki 68-ci Kann Film Festivalının münsiflərinə rejissor Coel və İtan Koen qardaşlarının rəhbərlik edəcəyini açıqlayıb.

Qeyd edək ki, rejissor qardaşlar 1991-ci ildə “Barton Fink” filmi ilə Kann Film Festivalında “Qızıl Palma budağı”nı, 2013-cü ildə "Lyuin Devisin daxilində" filmi ilə Kannda “Qran-Pri”yə layiq görülüblər. Koen qardaşları “Fargo” filmi ilə Oskarda “ən yaxşı aktrisa” və “ən yaxşı orijinal ssenari” nominasiyasında da mükafat qazanıblar.

Xatırladaq ki, Kann Film Festivalı bu il mayın 13-24-ü tarixləri arası keçiriləcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR