• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Daha bir xalq artisti “Azdrama”da – ÖZƏL

Daha bir xalq artisti “Azdrama”da – ÖZƏL

Gəncə Dövlət Dram Teatrının aktrisası, xalq artisti Pərvanə Qurbanova fəaliyyətini Akademik Milli Dram Teatrında davam etdirəcək. Bu barədə Publika.az-a xalq artisti, “Azdrama”nın aktyoru Ramiz Novruz məlumat verib.

Aktyor bildirib ki, P.Qurbanovanın Gəncədən Bakıya transferi tezliklə gerçəkləşəcək:


“Teatrımızın rəhbərliyi istedadlı bir adam görürsə, dəvət edir. Bu, normal bir şeydir”.

Qeyd edək ki, P.Qurbanova 1965-ci ildə anadan olub və 1981-ci ildən Gəncə Dövlət Dram teatrında fəaliyyətə başlayıb. Ötən müddət ərzində aktrisa “Maral” tamaşasında Maral, “Sənsiz”də Sevinc, “Atabəylər”də İnanc xanım, “İtkin gəlin”də Əfsanə, “Yandırılmış adam”da Narınc, “Yad qızı”nda Nazan obrazlarını canlandırıb. Geniş tamaşaçı auditoriyasına isə “Pərvanələrin rəqsi” serialındakı Yaqut Bədirli obrazı ilə tanınıb.

Xatırladaq ki, Ramiz Novruzun geniş müsahibəsini sabah saytımızdan oxuya bilərsiniz.

İntiqam VALEHOĞLU

Xəbər lenti

DAHA ÇOX XƏBƏR