Təranə: “Bu qadının nəyinə tamah salırlar?”
Bizi izləyin

Tabloid.az

Təranə: “Bu qadının nəyinə tamah salırlar?”

Son vaxtlar aparıcı kimi özünü sınayan prodüser Təranə Səmədova verilişi və özü barədə sosial şəbəkələrdə müxtəlif fikirlər yazıldığını deyib. Bəziləri onu tərifləsələr də, bəziləri haqqında kobud fikirlər yazıblar.

Publika.az-a açıqlama verən aparıcı xanım xoş sözlərə sevindiyini, kobud ifadələr və söz-söhbətlərə isə əhəmiyyət vermədiyini deyib: “Sosial şəbəkələrdə mənə yazırlar ki, uzun illərin aparıcısından daha uğurlu veriliş aparırsan, publikan daha genişdir. Bu, mənə çox xoş gəlir və fikirləşirəm ki, kaş on il əvvəl aparıcı kimi özümü sınayaydım. Söz yox ki, efirlərdə qıcıq doğuran aparıcılar da var. Amma məsələ burasındadır ki, həmin aparıcılara da elə qıcıq doğurduqları üçün baxırlar. Hətta mən ilk dəfə efirə çıxanda bilirdim ki, mənə baxıb qıcıq olan insanlar var və həmin insanlar elə məhz qıcıq olduqları üçün də mənə baxacaqlar. Yavaş-yavaş hiss etdim ki, insanların təəssüratı dəyişib və məni sevməyə başlayıblar. Amma bəzən kobud ifadələr də yazırlar ki, bu sözlərə görə hətta utanmışam da. Bir dəfə haqqımda yazmışdılar ki, həyasızdır. Bir dəfə də belə bir ifadə yazmışdılar: “Bu qadının nəyinə tamah salırlar, bilmirəm”. Fikirləşdim ki, mən yəni dünya gözəliyəm ki, mənə görə narahat olanlar var?”

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm