Əməkdar artistdən çağırış: “Hansısa qadının məşuqu ola bilərəm”
Bizi izləyin

Tabloid.az

Əməkdar artistdən çağırış: “Hansısa qadının məşuqu ola bilərəm”

Əməkdar artist, skripka ifaçısı Səlim özünü aktyor kimi sınamaq qərarına gəlib.

Publika.az-a bu barədə danışan sənətçi rejissorlardan təklif gözləyir: “Dostum Talıb Talenin klipində rol aldım və hər kəs mənim aktyorluq istedadına malik olduğumu dedi. Ən çox da mənim təbii və səmimi oyunum rejissorun diqqətini çəkdi. Düşünürəm ki, seriallarda və böyük filmlərdə çəkilə bilərəm. Bunun üçün rejissorlarımızdan təklif gözləyirəm. Bu gün Azərbaycanda çəkilən seriallara baxıram və çox da bəyənirəm. Fərqi yoxdur, istər komik janrda olsun, istərsə də dramatik. İnanıram ki, yaxın zamanlarda yerli seriallarımız əcnəbi bazara da yol tapacaq. Necə ki Azərbaycanda türk seriallarına həvəslə baxılır, elə bizim seriallara da türklər maraqla baxacaqlar”.

Səlim onun üçün xüsusi ampluanın olmadığını bildirib: “Mənim üçün fərqi yoxdur, dramatik rol olsun, ya komik. Hər iki rolun öhdəsindən uğurla gələ bilərəm. Rejissor məni hansı rolda görsə, həvəslə oynayaram. Mənim üçün obrazın müsbəti, mənfisi də önəm daşımır. Baxmayaraq ki, həyatda əlimdən pislik gəlmir, amma filmdə hansısa qadının məşuqu ola bilərəm. Kiməsə xəyanət edib, kiminsə başına güllə çaxa bilərəm. Əsas olan budur ki, tapşırılan bu rolların öhdəsindən uğurla gələrəm. Mən özümə əminəm”.

Səlim rejissorlara çağırış da edib: “Mənə rol versəniz, peşman olmazsınız”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm