Azərbaycan muğamı italyanları heyran qoyub
Bizi izləyin

Tabloid.az

Azərbaycan muğamı italyanları heyran qoyub

İtaliyanın Fokara şəhərində keçirilən musiqi festivalında Azərbaycanı muğam triosu təmsil edib.


Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və ölkəmizin İtaliyadakı səfirliyinin təşəbbüsü ilə festivalda ölkəmizi Əməkdar artist Təyyar Bayramov (xanəndə), Elçin Həşimov (tar) və Elnur Əhmədov (kamança) təmsil edib.

T.Bayramovun Publika.az-a verdiyi məlumata görə, muğam üçlüyü tamaşaçılara muğamlarımızın bənzərsiz nümunələrini təqdim ediblər.

İtaliyalı musiqisevərlər Azərbaycan muğamının incilərini böyük maraqla dinləyiblər.

Qeyd edək ki, festivalda bir çox ölkələrin tanınmış musiqiçiləri də iştirak ediblər.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm