Tünzalə şəxsi həyatından danışdı: “O bir də geri qayıtmayacaq”
Bizi izləyin

Tabloid.az

Tünzalə şəxsi həyatından danışdı: “O bir də geri qayıtmayacaq”

Tünzalə Ağayeva ayrılıqdan danışıb.

Publika.az-a açıqlama verən müğənni şəxsi həyatı ilə bağlı bunları deyib:

“Bəlkə də, içim ağlayır. Amma gözlərimdəki ifadəni linzanın arxasında gizlədə bilirəm. Ona görə içimdə baş verənləri görmürsünüz. Mənə elə gəlir ki, klipdə hisslərimi yetərincə verə bilmişəm. O ki qaldı mənim həyatıma... Getdiyim yolun heç birinə peşman deyiləm və ağlayıb onun geri dönməsini istəmirəm. Hesab edirəm ki, bu, mənim o dönəmimin həyatı idi, bu qapıdan keçməli idim, keçdim. O qapı artıq bağlanıb, açarı tullanıb Xəzər dənizinə. O açarı artıq balıqlar yeyib. O gəlməyəcək, geri qayıtmayacaq. O mənim bir dərsim, bir məktəbim idi. Bu gün yaşadığım gün bitəndə bunun da qapısı bağlanacaq. Bu günümdən sabahıma keçirdiyim ancaq öyrəndiklərim olacaq”.

Cəvahir

Foto Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm