Fironun saqqalında yapışdırıcı maddə aşkarlanıb
Bizi izləyin

Tabloid.az

Fironun saqqalında yapışdırıcı maddə aşkarlanıb

Misir Muzeyinin direktoru Mahmud Həvaqi qədim Misir fironu Tutanxamonun qızıl üz maskasında yarışəffaf yapışdırıcı maddə izlərinin aşkar olunduğunu təsdiqləyib.

Publika.az xəbər verir ki, mütəxəssislər yapışdırıcı maddənin izlərinə 7 ay əvvəl rast gəliblər.

Mahmud Həvaqi qədim Misir incəsənətinin ən tanınan nümunələrindən biri olan qızıl üz maskasındakı yapışdırıcı izləri şəxsən müşahidə etdiyini bildirib.

Müntəzəm aparılan yoxlamalardan biri vaxtı maska üzərində aşkar olunmuş maddənin qalıqları daha sonra silinib. Güman edilir ki, maddə fironun məzar maskasından qopmuş saqqalı yerinə yapışdırmaq üçün istifadə olunub.

Ehtimal olunur ki, bu, muzeydə səliqə səhman yaradılarkən baş verib. Hadisədən məyus olduğunu deyən direktor bu ehtimalları nə təkzib nə də ki, təsdiq edib. Mahmud Həvaqi hadisəni araşdırmaq üçün xüsusi ekspertlər qrupunun yaradıldığını bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm