Madonnanın kompyuterindən oğurluq edən haker həbs edilib
Bizi izləyin

Tabloid.az

Madonnanın kompyuterindən oğurluq edən haker həbs edilib

İsrail vətəndaşı Madonna da daxil bir qrup pop ulduzunun kompyuterlərindən dövriyyəyə buraxılmamış mahnıları oğulayıb internetdə satışa çıxarmaqda şübhəli bilinərək həbs edilib.

Publika.az-ın məlumatına görə, polis, saxlanılan şəxsin bir neçə dünya səviyyəli pop ulduzundan mahnıları oğurlayıb satmaqda şübhəli bilindiyini deyib.

İsrail polisi zərər çəkən ulduzlar arasında Madonnanın da olduğunu təsdiqləyib.

Madonna hakeri həbs edənlərə minnətdarlığını biuldirərək, ən yeni mahnılarının internetə sızması barədə onu məlumatlandıran pərəstişkarlarına da Facebook vasitəsilə təşəkkür etməyi unutmayıb.

Pop ulduzun kompyuteri haker müdaxiləsinə məruz qaldıqdan sonra, Madonna təcili olaraq ən yeni mahnılarını, hətta tam hazır olmayanları belə internetdə dərc etdirib.

Onun menceri Guy Oseari deyib ki, haker müdaxiləsindən sonra Madonna yeni Rebel Heart albomundan 6 mahnını nəzərdə tutduğundan tez dərc etdirməli olub.

İsrail polisi şübhəli şəxs qismində saxlanılmış 39 yaşlı şəxsin adını çəkməsə də, onun İsrail televiziyasında keçirilən yeni istedadlar axtarışı şousunun keçmiş iştirakçısı olduğunu bildirib.

Saxlanılmış şəxs “kompyuter hakerliyi, müəlliflik hüququnun pozulması və fırıldaqçılıqda” şübhəli bilinir.

İsrailli hakerin həbsindən 1 gün əvvəl, islandiyalı pop ulduz Bjork Vulnicura adlı yeni albomunu nəzərdə tutduğundan 2 ay tez dərc etdirib.

Buna səbəb həmin albomdakı mahnıların internetə yol tapması olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm