Nazirdən yubiley hədiyyəsi
Bizi izləyin

Tabloid.az

Nazirdən yubiley hədiyyəsi

Xalq artisti, Prezident təqaüdçüsü, “Şöhrət” ordenli rejissor Cənnət Səlimova 75, Şəki Dövlət Dram Teatrının aktyorları Xanlar Həşimzadə və Oqtay Əhmədovun 60 yaş yubileyləri münasibətilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təltif edilib.

Publika.az-ın məlumatına görə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru olan C.Səlimova Azərbaycan Dövlət Musiqili Teatrında Ü.Hacıbəylinin “O olmasın, bu olsun”, İ.Kalmanın “Silva”, “Maritsa”, F.Leqarın “Şən dul qadın” tamaşalarına və Opera və Balet Teatrında R.Leonkavallo “Payatsi”, C.Verdinin “Traviata”, C.Puççini “Bohema” operalarına quruluş verib. Hazırda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru vəzifəsində çalışır.

Xanlar Həşimzadə müxtəlif illərdə Şəki Dövlət Dram Teatrında U.Şekspirin “Kral Lir” faciəsində Fransa Kralı, M.F.Axundzadənin “Hacı Qara”sında Hacı Qara, “Lənkəran xanın vəziri”ndə Mehtər Kərim, “Molla İbrahimxəlil kimyagər”ində Molla İbrahimxəlil, C. Məmmədquluzadənin “Dəli yığıncağı”nda Molla Abbas, H. Cavidin “İblis”ində İxtiyar və digər bir çox maraqlı obrazlar yaratmaqla tamaşaçıların rəğbətini qazanıb.

Şəki Dövlət Dram Teatrının digər aktyoru Oqtay Əhmədov isə U.Şekspirin “Romeo və Culyetta” əsəində Əczaçı, B.Brextin “Arturo Uinin karyerası”nda Ölüm, Vannusun “Şah, ya qeyrisi, şah elə şahdır” tamaşasında Təlxək, R.Əlizadənin “Tıq-tıq xanım” tamaşasında Dozanqurdu və s. bu kimi maraqlı obrazlar yaradıb və tez bir zamanda tamaşaçı rəğbətini qazanıb.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm