Sibel Cana qarşı şok fırıldaq – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Sibel Cana qarşı şok fırıldaq – FOTOLAR

Türkiyənin məşhur sənətçisi Sibel Canın “Çiftkurtlar Otomotiv” şirkətindən aldığı avtomobil oğurluq çıxıb.

Publika.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, sənətçi bununla bağlı şirkətə qarşı məhkəmə iddiası qaldırıb və qalib gəlib. Məhkəmənin qərarına əsasən, “Çiftkurtlar Otomotiv” Sibel Cana 314 min lirəni (təxminən 160 min dollar) faizi ilə ödəməli olub.

Şirkətin həmin məbləği ödəməkdən boyun qaçırdığını görən sənətçinin vəkilləri yenidən işə qarışıb. Bu dəfə məhkəmə orqanları sözügedən şirkətin qarajındakı “Jeep”lərdən birinə həbs qoyub. Sənətçi özü isə bu barədə “Instagram” hesabında yazıb:

“Hər halda, dünyada haqq var və haqq gücün üstündədir. Mustafa Kamal Atatürk, 1919”.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm