• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Arşın mal alan”ımız Özbəkistanda

“Arşın mal alan”ımız Özbəkistanda

Yanvarın 26-da Özbəkistan Milli Dram Teatrında böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası əsasında hazırlanmış konsert-tamaşa göstəriləcək.


Publika.az-ın məlumatına görə, tamaşa Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və dəstəyi ilə hazırlanıb. Konsert-tamaşanın bədii rəhbəri və dirijoru Özbəkistanın Əməkdar İncəsənət Xadimi, professor Firuza Abdurahmanovadır.


Musiqi nömrələrini Beynəlxalq müsabiqələr laureatı “Qolden Trophu” Ansamblı və “Soqdiana” Dövlət Xalq Çalğı Alətləri Kamera Orkestri ifa edəcək.


Konsert-tamaşada operettadan ariya, duet və mahnılar, xor nömrələri ifa olunacaq.


Qeyd edək ki, “Arşın mal alan” tamaşası Özbəkistanda çox populyardır. Üzeyir Hacıbəylinin bu əsərinə dəfələrlə özbək və rus dillərində səhnə həyatı verilib. Əsər bir neçə il əvvəl paytaxtdakı Operetta Teatrında rus dilində tamaşaya qoyulub, indi də səhnədədir.

Cəvahir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR