Tabloid.az
Qulu Məhərrəmlidən efirdə pul cıran aparıcıya sərt CAVAB - VİDEO
Xəzər Televiziyasının “Hər şey daxil” verilişində aparıcı bacıların milli pulumuzu cıraraq ayaq altına səpələməsi tanınmış jurnalist, peşəkar televiziya mütəxəssisi Qulu Məhərrəmlini qəzəbləndirib.
Publika.az-a açıqlama verən ekspert bu cür halların yolverilməz olduğunu deyib:
“Elə dəyərlər var ki, onu bilmək üçün nə peşəkar televiziya mütəxəssisi olmaq lazımdır, nə də peşəkar aparıcı. Bunun üçün insan olmaq yetər. Əlbəttə, müəyyən çərçivələr və etik normalar var. Heç vaxt efirdən tamaşaçını qıcıqlandıran məqamlara yol vermək olmaz. Aparıcı öz aktiv mövqeyini zorla izləyiciyə təlqin edə bilməz. Günah elə aparıcıları efirə buraxan rəhbərlərdədir. Belə aparıcılar ciddi şəkildə cəzalandırılmalıdırlar. Elə dəyərlərimiz var ki, onlara hər zaman sayğı ilə yanaşmaq borcumuzdur. Kiminsə pulunun azlığı, ya çoxluğu əsas vermir ki, onunla istədiyi şəkildə rəftar etsin. Efirdə davranış nəzarət altına alınmalıdır”.
Cəvahir Səlimqızı
-
Ekologiya12:31
Sabaha olan hava PROQNOZU - 20 dərəcə isti
-
Cənubi Qafqaz12:01
Paşinyan Şahramanyana cavab verdi - İrəvanda “mühacir hökumət” davası
-
Hadisə11:46
Ağdərədə qumbaraatan tapıldı - FOTO
-
İdman11:06
"Qarabağ"ın futbolçusu Fransa klubu ilə anlaşdı - FOTOFAKT
-
Dünya10:56
NATO Rusiya ilə müharibəyə hazırlaşır - Bu ölkədən hücuma keçəcəklər
-
Nida Xəbər 10:30
Bu gün ilk Qədr gecəsidir
-
Magazin110:05
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO
-
MDB09:36
Putin o gecə yuxuya getməyib - Səhərə qədər...