• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Azərbaycanlı “Qatil” gürcülərin əlində

Azərbaycanlı “Qatil” gürcülərin əlində

Gürcüstanda xalq yazıçısı Elçinin “Qatil” pyesi əsasında eyniadlı film çəkilib. Filmin çəkilişlərini bu yaxınlarda başa çatıb. Filmin rejissoru Kamran Şahmərdandır.


Publika.az-ın məlumatına görə, bu, Gürcüstanla Azərbaycan arasında müştərək layihədir. Montaj və digər işlər bitəndən sonra, yəni cari il yazın sonlarında filmin premyerasının keçirilməsi planlaşdırılır. Gürcü aktyorların oynadığı film Azərbaycan dilinə dublyaj olunacaq.


Qeyd edək ki, K.Şahmərdan Rusiyanın Kemerovo şəhərində V.Şekspirin “Maqbet”, Qoqolun “Evlənmə”, F.Dostoyevskinin “Ölü evdən qeydlər” əsərlərini səhnələşdirib.

Rejissor S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında Jan Anuyun “Torağay”, Elçinin “Cəhənnəm kirayənişinləri” əsərlərini, öz əsəri əsasında A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında “Ağ və Qara”, Milli Dram Teatrında Elçinin “Teleskop” tragikomediyası əsasında tamaşalar hazırlayıb.

Cəvahir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR