Müğənni Günay İbrahimli inzibati məsuliyyətə cəlb edilə bilər
Bizi izləyin

Tabloid.az

Müğənni Günay İbrahimli inzibati məsuliyyətə cəlb edilə bilər

Müğənni Günay İbrahimli və prodüsseri Təranə Səmədova metronun “Nizami Gəncəvi” stansiyasında fotossesiya etdiriblər. Fotolar sosial şəbəkədə paylaşılıb.

Lakin metroda çəkiliş etmək qanunla qadağandır. “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Publika.az-a açıqlamasında metroda çəkilişin qadağan olduğunu, konkret faktla bağlı məlumatsız olduğunu deyib:

“Bütün çəkilişə nəzarət etmək mümkün olmur. Gün ərzindən metrodan 700 min sərnişin istifadə edir. Bütün sərnişinlərin əlində telefon olur, çəkiliş telefonla edilə bilər. Lakin ciddi qayda pozuntusu olarsa, həmin şəxslər inzibati məsuliyyətə cəlb edilir. Metropolitenin fəaliyyəti, iş prosesi, sərnişinlərin hərəkətinə mane olacaq hər hansı çəkilişi müəyyən etmək o qədər də çətin proses deyil. Çünki bütün stansiyalarda kameralar quraşdırılıb. Lakin insanlar özləri ilk növbədə dərk etməlidirlər ki, metroda çəkiliş etmək qadağandır. Qadağan edilibsə, bunun bir səbəbi var. Bu qaydanı pozmaq olmaz”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm