Tabloid.az
“Çölçü” Azərbaycandan gedir – FOTOLAR
Tanınmış rejissor Şamil Əliyevin “Çölçü” bədii filmi daha iki beynəlxalq kinofestivalın əsas müsabiqəsində iştirak edəcək.
Publika.az-a bu barədə filmin rejissoru Şamil
Əliyev məlumat verib. Hindistanda keçiriləcək “II Noida Beynəlxalq
film festivalı-2015”-də “Çölçü” ən yaxşı bədii film, rejissor,
ssenari yazarı, operator, aktyor və aktrisa və digər
nominasiyalarda yarışacaq.
Mükafatlar 2015-ci il fevralın 14-də təqdim olunacaq.
“Çölçü” filmi, həmçinin 2015-ci il martın 6-dan 15-dək
Avstraliyanın Bayron Bey şəhərində keçiriləcək IX Bayron Bey
Beynəlxalq film festivalında (Byron Bay International Film
Festival) bir neçə mükafat uğrunda yarışacaq.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi
ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınmış “Çölçü”
filminin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev,
rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Rollarda Vidadi
Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları
çəkilib.
Filmin süjet xətti şəhərdən uzaqda yaşayan gənc çölçünün qəsəbədən
gəlmiş qızla tanışlığından sonra həyatında baş verənlər üzərində
qurulub.
Qeyd edək ki, dünyanın 5 qitəsini gəzərək bir neçə mükafat və
diplomlara layiq görülən “Çölçü” bədii filmi bununla da artıq sayca
27 beynəlxalq kinofestival və forumda iştirak etmiş olacaq.
Cəvahir
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu