Natəvan Həbibi: “Tolikin məhkəmədən sonra “Instagram” səhifəsində yazdıqları...”
Bizi izləyin

Tabloid.az

Natəvan Həbibi: “Tolikin məhkəmədən sonra “Instagram” səhifəsində yazdıqları...”

Müğənni Natəvan Həbibi məhkəmədə prodüser Tolik üzərində qazandığı qələbədən danışıb.

Fikirlərini Publika.az-ın əməkdaşı ilə bölüşən sənətçi bildirib ki, Azərbaycanda qanunların işlədiyinə tam əmindir:


“Demək istəyirəm ki, bu ölkədə qanunlar var və bu qanunlar məhkəmələrdə düzgün tətbiq olunur. Kimliyindən asılı olmayaraq, heç kəs qanunları və məhkəmə qərarlarını şübhə altına ala bilməz. Məhkəmədən sonra Tolikin “Instagram” səhifəsində yazdıqları isə sadəcə, məğlub şəxsin psixoloji portretini əks etdirir. Tolik yazdıqları yalanlara və təhqirlərə görə üzr istəməlidir. Tolikin məhkəmədə qalib gəlməsi üçün dəridən-qabıqdan çıxan bəzi şəxsləri də düzgün mövqe tutmağa, qanunlarımıza hörmət etməyə çağırıram”.

Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsi Natəvan Həbibinin prodüser Tolikə qarşı “şərəf və ləyaqətin təhqir edilməsi, işgüzar nüfuza xələl gətirilməsi” ilə bağlı qaldırdığı iddiaya baxıb və Tolikin müğənnidən üzr istəməsinə qərar verib.

Ancaq Tolik sənətçidən üzr istəməyəcəyini bildirib.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm