Tabloid.az
Əməkdar artistə təcili böyrək köçürülməlidir
Əməkdar artist, Musiqili Komediya Teatrının aktrisası Gülnar Salmanovanın səhhətində irəliləyişlər olsa da, yenidən əməliyyata ehtiyacı var. Aktrisaya təcili böyrək köçürülməlidir.
Bu barədə Publika.az-a açıqlama verən aktrisa qarşıda onu daha bir çətin əməliyyat gözlədiyini bildirib: “Hazırda özümü yaxşı hiss edirəm, amma bu xəstəlik elədir ki, böyrəklərim dəyişdirilməlidir, çünkü öz funksiyasını yerinə yetirə bilmir. Mən dializ xəstəsiyəm. Böyrəyimə katetr qoyublar. İki həftə əvvəl həkimlər katetrin yerini dəyişdilər. Bir ay sonra həmin katetrin yerini dəyişmək üçün növbəti dəfə əməliyyat olunacağam. Həkimlər mənim üçün donor axtarırlar, amma tapılmır. Çünki donor tapmaq çətindir, gərək uyğunluq olsun. Allahdan arzum budur ki, tezliklə donor tapılsın, böyrəklərim dəyişdirilsin və sağlam həyata qayıdım. Çünki mənə təcili böyrək köçürülməlidir. Mən də teatr, səhnə üçün çox darıxmışam. Yenidən səhnəyə çıxsam, dərdim olmaz. Hər gecə oynadığım rolları yuxuda görürəm”.
Əməkdar artist onu da bildirib ki, müalicə üçün bütün xərclər dövlət hesabına ödənilir: “Sağ olsun dövlətimiz, məni tək qoymadı. Bütün xərclərimi üzərinə götürdü. Sənət adamına bundan böyük diqqət və qayğı olarmı?Mətbuat nümayəndələrinə də təşəkkürümü bildirirəm ki, mənə dəstək oldunuz, xəstəliyim barədə yazıb, hər kəsi xəbərdar etdiniz”.
Qeyd edək ki, Gülnar Salmanova şəkər və böyrək çatışmazlığı xəstəliklərindən əziyyət çəkir, dializ xəstəsidir. Onun hər iki böyrəyi öz funksiyasını itirib.
Cəvahir Səlimqızı
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO