Aygün Kazımova ad gününü qeyd edir - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Aygün Kazımova ad gününü qeyd edir - FOTOLAR

Bu gün səhnəmizin pop-divası, xalq artisti Aygün Kazımovanın ad günüdür.

Publika.az-ın məlumatına görə, xanım sənətçi bu gecə dostlarını başına yığıb, ad günü şərəfinə qonaqlıq verəcək.

Estradamıza yenilik gətirən Aygün Kazımova 1971-ci il yanvarın 26-da Bakıda anadan olub.

Aygün peşəkar səhnəyə ilk dəfə 1988-ci ildə “Bakı Payızı” yarışması ilə gəlib. 1989-cu ildə Yurmalada keçirilən beynəlxalq yarışmada, 1992-ci ildə “Asiya Dausı” festivalında, 1996-cı ildə İstanbulda keçirilən beynəlxalq yarışmada laureat olub. 2000-ci ildə “İlin müğənnisi”, “İlin konserti: Aygün-Bir Gün”, “İlin hiti: Gecələr” adlı üç nominasiya üzrə Qrand mükafatına layiq görülüb.

Bu günə kimi 15 diski işıq üzü görüb. 2001-ci ildə Azərbaycanın əməkdar artisti, 2009-cu ildə isə xalq artisti adlarına layiq görülüb. Vaqif Gərayzadə, Eldar Mansurov və Cavanşir Quliyev kimi bəstəkarlarla birgə çalışıb. 2006-cı ildə Moskvada Dövlət Kreml sarayında konsert verib.

2005-ci ildə rejissor Arif Qazıyevin “Xarı bülbüllər” musiqili filmində baş rola çəkilib. Həmçinin "Best Model of Azerbaijan"ın rəhbəri vəzifəsində də iştirak edib.

Aygün Türkiyənin meqa ulduzları Tarkan, Sezen Aksu, Ajda Pekkan, Kenan Doğulu və digərləriylə əməkdaşlıq edir.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm