“Nabat” Hindistandan mükafatla qayıtdı
Bizi izləyin

Tabloid.az

“Nabat” Hindistandan mükafatla qayıtdı

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında 2014-ci ildə istehsal olunan “Nabat” filmi Hindistanda keçirilən 13-cü “Pune Beynəlxalq Film Festivalı”nda münsiflər heyətinin “Xüsusi vurğulama” mükafatına layiq görülüb.

Publika.az-ın məlumatına görə, mükafat C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru, prodüser Müşfiq Hətəmova təqdim olunub.

Film festivalın əsas müsabiqə proqramında yer alıb.

Filminin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu rejissoru Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur. Ekran əsərində baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırıblar.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm