Azərbaycanlı jurnalist Nura Suriyə sevgi mesajları yazıb - FOTOLAR - QALMAQAL
Bizi izləyin

Tabloid.az

Azərbaycanlı jurnalist Nura Suriyə sevgi mesajları yazıb - FOTOLAR - QALMAQAL

Bu gün müğənni Nura Suri jurnalistləri başına yığıb, şəxsi məsələlərlə bağlı mətbuat konfransı keçirib.

Publika.az-ın məlumatına görə, tədbirdə Nura Suri ilə yanaşı onun anası, Qarabağ müharibəsinin iştirakçısı 2-ci qrup əlil Firəngiz Səttarova da iştirak edib.

Firəngiz Səttarova bu gün mediada müğənnilərlə əlaqədar yazılan neqavit yazılar, başlıqlar, orada yer alan şərhlərlə bağlı narahatlığını dilə gətirib: “Bu tədbiri təşkil etməyi Nuradan mən xahiş etdim. Çünki bu gün Azərbaycanda fəaliyyət göstərən bütün KİV-lər incəsənət xadimləri haqqında qeyri-etik hərəkətlərə yol verilir, müğənnilər ictimai müzakirə mövzusuna çevrilir. Bu halın geniş miqyas almasında aparıcılar, jurnalistlər böyük rol oynayırlar. Həmin müzakirələr təhqir, şərəf və ləyaqətin alçaldılması ilə nəticələnir. Mənim qızım Nura Suri 3 övlad anasıdır. Azərbaycanda fəaliyyət göstərən bütün KİV-lərlə bağlı məhkəməyə müraciət etsə, vaxt baxımından mümkün deyil. Həmçinin onun gələcəkdə efirə çıxmağı da mümkünsüz olacaqdır”.

Nura Suri aparıcılarda müğənnilərə qarşı aqressiya olduğunu bildirib: “Saytlar, televiziyalar müğənnilərin hesabına reytinq əldə edirlər. Amma bunun müqabilində onlar müğənniləri xoşagəlməz vəziyyətlərdə tamaşaçılara təqdim edirlər. Biz jurnalistlərdən pul istəmirik. Amma müğənniləri belə təqdim etmək nəyə lazımdır? Televiziyalarda, saytlarda müğənnilərə qarşı olan bu aqressiya nədən qaynaqlanır? Adicə sosial problemləri müzakirə edəndə belə hansısa yolla müğənnilərə yönəldirlər. Düşünürəm ki, bizim konstitusiyamızda, qanunvericiliyimizdə müğənnilərə qarşı belə münasibət yolverilməzdir. Mən istəmirəm ki, ailəm, həyatım gündəmdə olsun. İndiyə qədər mən heç kimdən xahiş etməmişəm ki, mənim haqqımda nəsə yazsın”.

Nura Suri mediada ona qarşı xoşagəlməz informasiyalar yayan Ceyhun Məhərrəmova səslənib: “Ceyhun mənə dəfələrlə sevgi mesajları yazıb. Amma məndən rədd cavabı alıb. İndi o, mənim haqqımda öz saytında və mediada xoşagəlməz informasiyalar yazır. Bundan sonra Ceyhunun mənim haqqımda nələrsə yazmasına icazə vermirəm. Onun yazdıqları qeyri-peşəkarlıqdır. Bu hal belə davam etsə, mən məhkəməyə müraciət etməli olacam”.

N. Suri və anası Firəngiz Səttarova sözügedən problemlərlə bağlı Prezident İlham Əliyevə və Mətbuat Şurasının sədri Əflatun Amaşova müraciət edib.

Cəvahir
Fotolar Elçin Muradındır

Oxumağa davam et
Reklam
Reklam

Gündəm