Tabloid.az
İtaliya mediası Heydər Əliyev Fondunun Romanın tarixi abidələrini bərpa etməsindən yazıb
İtaliyanın "İl Tempo" qəzetinin saytında Heydər Əliyev Fondunun Romanın bir sıra tarixi abidələrinin bərpasına töhfəsi ilə bağlı yazı yerləşdirilmişdir.
AzərTAcxəbər verir ki, məqalədə son illər Romada bir sıra qədim,
tarixi abidələrin artıq dağılmaq üzrə olduğu bildirilir. Bu
abidələrin bərpasının vacibliyinin qeyd olunduğu yazıda qeyd olunur
ki, Azərbaycan hökumətinin və Heydər Əliyev Fondunun bu istiqamətdə
dəstəyi göz önündədir.
Yazıda müvafiq məsələ ilə bağlı Roma şəhərinin meri İgnazio
Marinonun fikirlərinə də yer verilmişdir. O demişdir: "İtaliyanın
bir sıra arxeoloji abidələrində ölkəmizdə təhsil alan azərbaycanlı
tələbələrin köməyi ilə qazıntıları davam etdirmək istəyirik".
Məqalədə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Kapitolini Muzeyinin
"Filosoflar zalı"nda təmir işlərinin həyata keçirilməsi yüksək
qiymətləndirilir. Muzeyin "Filosoflar zalı"nın bərpasından sonra
açılışında iştirak edən Azərbaycanın İtaliyadakı səfiri Vaqif
Sadıqovun sözləri də yazıda yer almışdır: "Bu nadir mədəniyyət
nümunələri təkcə İtaliyaya deyil, bütün bəşəriyyətə məxsusdur".
Məqalənin tam mətnini aşağıdakı linkdən oxumaq olar:
http:
//www.iltempo.it/roma-capitale/2014/02/12/marino-offre-roma-ai-paperoni-stranieri-1.1218396
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!