• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Pianoçularımız Narvada keçirilən müsabiqədə mükafatlara layiq görülüblər

Pianoçularımız Narvada keçirilən müsabiqədə mükafatlara layiq görülüblər

Xəbər verildiyi kimi, fevralın 2-dən 8-dək Estoniyanın Narva şəhərində beynəlxalq Şopen müsabiqəsi keçirilib.

Onuncu - yubiley müsabiqəsində 15 ölkədən 61 gənc pianoçu, o cümlədən Azərbaycan təmsilçiləri iştirak ediblər.

Şopen bayramı üç yaş qrupundan olan gənc musiqiçilərin iştirakı ilə keçirilmişdir. Onların arasında 2-ci yeri tutmuş Bülbül adına ixtisaslaşdırılmış musiqi məktəbinin şagirdi Leyla Zeynalova öz ifası ilə fərqlənmişdir. Bülbül adına musiqi məktəbinin daha bir yetirməsi- Nərmin Nəcəfli isə “Young budding artist” xüsusi diplomuna layiq görülüb.

Azərbaycanın istedadlı gənc pianoçuları beynəlxalq müsabiqələrdə öz çıxışları və qələbələri ilə daim hamını sevindirirlər. 2012-ci ildə Leyla Zeynalovanın böyük qardaşı Rüstəm Şopen müsabiqəsinin “Qran-pri” mükafatına layiq görülmüşdür. O vaxtadək münsiflər heyəti bir neçə il idi ki, bu mükafatı heç kəsə təqdim etməyib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR